Cüneyt Biçər əvvəlki vəzifəsinə qayıtdı
15.03.2012 - 16:55
Cüneyt Biçər əvvəlki vəzifəsinə qayıtdı
Cüneyt Biçər “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postundan istefaya göndərilib. Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevin Lent.az-a verdiyi məlumata görə, türkiyəli mütəxəssis komandanın idman direktoru vəzifəsinə qayıdıb.
Biçərin istefaya göndərilməsi “Qarabağ” (0:1) və “İnter”lə (2:3) son oyunlarda “Xəzər Lənkəran”ın məğlubiyyətləri ilə əlaqədar olub.

Qeyd edək ki, Cüneyt Biçər 2011-ci il dekabrın 5-də komandanın baş məşqçisi təyin olunmuşdu. O, Mirça Redniki əvəzləmişdi.