Bahar qızı “Bakı”nın bazasında
15.03.2012 - 17:09
Bahar qızı “Bakı”nın bazasında
“Bakı” baharın gəlişini təntənə ilə qeyd edib. Apasport.az saytının məlumatına görə, klubun təlim –məşq bazasında yerləşən Akademiyada bayram tədbiri keçirilib.

Mərasimi giriş sözü ilə “Bakı” futbol klubunun vitse-prezidenti Nail Əliyev açıb. O, öncə klub rəhbərliyinin təbriklərini çatdırıb. Sonra klub tərəfindən futbolçular üçün yaradılan yüksək səviyyəli şəraitdən, onların uğurlu çıxışından danışıb.

Sonra söz “Bakı” futbol klubunun uşaq futbolu üzrə koordinatoru Yüksəl Kepoğluya verilib. Kepoğlu da çıxışı zamanı yeniyetmə futbolçuların gələcəyinə inandığını onların istər klub istərsə də milli səviyyəsində Azərbaycanı layiqincə təmsil edəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbir baharın simvolları – Kosa, Keçəl və Bahar qızın çıxışı ilə davam etdirilib. Sonda futbolçular üçün bayram süfrəsi açılıb.