Cüneyt Biçər: “İnter”ə qalib gəlsəydik belə, postumdan gedəcəkdim
16.03.2012 - 00:00
Cüneyt Biçər: “İnter”ə qalib gəlsəydik belə, postumdan gedəcəkdim
“Sözün düzü, belə alınacağını gözləmirdim”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Cüneyt Biçər deyib.

Azərbaycan kubokunun “İnter”lə ilk 1/4 final oyununda 2:3 hesablı yenilgidən sonra cənub təmsilçisi türkiyəli çalışdırıcı ilə yollarını ayırdı. Biçər bildirib ki, istefaya göndərilməsinə səbəb həmin oyundakı məğlubiyyət deyil: “İnter”ə qalib gəlsəydik belə, postumdan gedəcəkdim. Çünki mənə qarşı təpki vardı. “Xəzər Lənkəran” böyük klubdur, böyük camiəyə məxsusdur və mən bu camiədə etibar qazana bilmədim”.