“Qəbələ” böyük hesabla uduzdu
16.03.2012 - 00:01
Təlim-məşq məqsədilə Ukraynanın Donetsk şəhərində səfərdə olan “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində üçüncü – sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, “Metallurq”lu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:3 hesabı ilə məğlub olublar. Matç “Metallurq”un bazasında baş tutub.
Xatırladaq ki, “Qəbələ” Donetskdə hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayıb. İlk matçda “Şaxtyor” 0:5 hesabı ilə məğlub olan komandamız, ikinci görüşdə eyniadlı klubun şəhər filialının komandasının qapısından 4 cavabsız top keçirib. Donetsk hazırlıqlarını yekunlaşdıran təmsilçimiz bu gün vətənə dönəcək.

0
0