Millimizin rəqibi İtaliyaya qarşı
16.03.2012 - 00:04
Millimizin rəqibi İtaliyaya qarşı
Rusiya yığması 2012-ci il Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə 3 yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının xəbərinə görə, rəqibimiz Moskvada Uruqvay (25 may), İsveçrədə isə Litva (29 may) və İtaliya (1 iyun) ilə qarşılaşacaq. Şimal qonşularımızın İtaliya ilə oyunu “Letsiqrund” stadionunda baş tutacaq.

Qeyd edək ki, Rusiya yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi eyni qrupda mübarizə aparacaq.