“Qarabağ”ın bəyənmədiyi futbolçu “Torpedo”da
16.03.2012 - 09:59
Qış fasiləsində Ağdamın “Qarabağ” klubunun düşərgəsində olub baxışdan keçən, lakin bəyənilməyən Dmitri Rekiş özünə komanda tapıb. Apasport.az saytının məlumatına görə, belaruslu futbolçu karyerasını vətənində davam etdirəcək. Yarımmüdafiəçi Jodinonun “Torpedo-BelAZ” komandasına keçib. Rekişlə klub arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dmitri qışda “Qarabağ”la yanaşı Almaniyanın “Fortuna”, Özbəkistanın “Bunedkor”, həmçinin vətənində “Qomel”in düşərgəsində baxışda olub.
Qeyd edək ki, Dmitri qışda “Qarabağ”la yanaşı Almaniyanın “Fortuna”, Özbəkistanın “Bunedkor”, həmçinin vətənində “Qomel”in düşərgəsində baxışda olub.
0
0