Liderlərin dueli, yaxud 1 aydan sonra Lənkərana yeni baş məşqçi ilə
16.03.2012 - 11:56
Sabah keçiriləcək 1 oyunla Unibank Premyer Liqasında XXIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk “altılığ”ın görüşlərinin hamısı bazar günü olduğundan, bütün diqqət istirahət gününə yönələcək.
Bunlardan mərkəzi oyun “Şəfa” stadionunda olacaq. İlk 2 pillədə gedən “Neftçi” ilə “İnter” növbəti Bakı derbisinə çıxacaq. “Bankirlər” təsnifat mərhələsindən “Neftçi” və “Xəzər Lənkəran”ın maksimum – 12 xal almaqla yadda qaldı. Komanda yenə buna nail olarsa, liderlə xal fərqini minimuma endirəcək. “Neftçi” qalib gələrsə, “İnter”lə xal fərqini 4-ə yüksəldərək, çempionluq yolunda böyük üstünlük qazanacaq. Çempion səfər matçında heç-heçə edərsə, həmşəhərliləri ilə 1 xallıq fərqi saxlayacaq.
Liderlərin xal itirməsindən maksimum istifadə etməli olan “Xəzər Lənkəran” 1 aylıq fasilədən sonra evdə oynayacaq. Cənub təmsilçisi ölkə kubokunu da nəzərə alsaq, son 5 səfər matçını rəqib meydanında keçirməli oldu. Komanda qayıdışında yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Bu, 3 illik fasilədən sonra məşqçilik fəaliyyətinə qayıdan Yunis Hüseynovdur. 47 yaşlı çalışdırıcısı debütündə rəqibi olan “Bakı”ya qalib gəlməyə çalışacaq.
“Qarabağ”la “Qəbələ” 4 gündə 2-ci dəfə görüşməli olacaq. Martın 14-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində Qəbələdə 2:2 hesablı bərabərliyə qalan komandalar bu dəfə Ağdamda görüşəcək. “Altılığ”a “Neftçi” üzərində böyük hesabla qələbə ilə başlayan “Qəbələ" mükafatçılar uğrunda mübarizədə şansını saxlamaq üçün 3 xal qazanmalıdır. Bu halda, qəbələlilər “Qarabağ”la daha da yaxınlaşaraq, onunla xal fərqini 3-ə endirəcək. Ağdamlılar qalib gələrsə, fərqi 9-a yüksələcək ki, bu zaman “Qəbələ”nin bürünc medal uğrunda mübarizədə işi çətinləşəcək. “Qarabağ”a həm top fərqində üstələdiyi “Xəzər Lənkəran”da qabaqda qalmaq, həm də daha bir rəqibini mübarizədən uzaq salmaq üçün qələbə çox vacibdir. Bu, eyni zamanda “Qəbələ” ilə martın 28-də Ağdamdakı cavab kubok oyunu öncəsi bir sınaq olacaq.
İkinci “altılığ”ın mərkəzi oyunu da paytaxtda olacaq. AZAL-la “Rəvan” aşağıdakı mübarizədə liderlərdir və aralarında 1 xal fərq var. Yəni “Rəvan” rəqibinə cari mövsümdə 3-cü oyunda da qalib gələrsə, onu artıq qabaqlayaraq, 7-ci pilləni əlindən alacaq.
17 mart
16:00. “Simurq” – “Turan”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 2:1
18 mart
14:00. “Kəpəz” – “Sumqayıt”
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 4:1
15:00. “Qarabağ” – “Qəbələ”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsində oyunlar – 0:1, 0:0
16:00. “İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsində oyunlar – 1:0, 1:0
16:00. “Rəvan” – AZAL
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 3:1
17:00. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran. Şəhər mərkəzi stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:2, 3:0
Bombardir: Bahodir Nasimov (Neftçi) - 14

| Klublar | O | Q | H | M | T-F | X | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Neftçi | 23 | 16 | 1 | 6 | 46-21 | 49 |
| 2 | İnter | 23 | 14 | 6 | 3 | 22-10 | 48 |
| 3 | Qarabağ | 23 | 13 | 5 | 5 | 28-14 | 44 |
| 4 | Xəzər Lənkəran | 23 | 13 | 5 | 5 | 33-20 | 44 |
| 5 | Qəbələ | 23 | 11 | 6 | 7 | 31-24 | 38 |
| 6 | Bakı | 23 | 10 | 5 | 8 | 27-23 | 35 |
| . | |||||||
| 7 | AZAL | 23 | 8 | 5 | 10 | 35-38 | 29 |
| 8 | Rəvan | 23 | 7 | 7 | 9 | 24-29 | 28 |
| 9 | Kəpəz | 23 | 6 | 5 | 12 | 27-39 | 23 |
| 10 | Simurq | 23 | 5 | 5 | 13 | 19-35 | 20 |
| 11 | Sumqayıt | 23 | 4 | 3 | 16 | 16-38 | 15 |
| 12 | Turan | 23 | 4 | 2 | 17 | 16-33 | 14 |

0
0