Rayan Giqqzin görünməmiş rekordu
16.03.2012 - 12:20
Rayan Giqqzin görünməmiş rekordu
“Mançester Yunayted”in lideri Rayan Giqqz Avropada görünməmiş rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı uelsli yarımmüdafiəçi futbol tarixində bir komandada ən çox oyun keçirən futbolçu olub. Rayan bunu Avroliqanın 1/8 final mərhələsində İspaniyanın “Atletik” klubuna 1:2 hesabı ilə uduzub, avrokuboklardan kənarda qaldıqları səfər oyununda reallaşdırıb. Belə ki, o, 20 ildən artıqdır şərəfini qoruduğu “Mançester Yunayted”in heyətində 903-cü oyununu keçirib. Bununla da uelsli “Milan”da 902 oyun keçirən əfsanəvi müdafiəçi Paolo Maldininin rekordunu qırıb.