Georgi Nikolov: “Neftçi” abunəçimizdir, hər oyunda bizə 3 xal verir
16.03.2012 - 13:58
Premyer Liqanın XXIV turunun mərkəzi qarşılaşmasında “İnter” və “Neftçi” klubları üz-üzə gələcək. Apasport.az saytının xəbərinə görə, turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan komandaların dueli lider dəyişikliyinə də səbəb ola bilər.
Martın 18-də “Şəfa” stadionunda baş tutacaq qarşılaşma ərəfəsində liderdən 1 xal geri qalan “İnter” klubunun prezidenti Georgi Nikolov əməkdaşımızla söhbətində “ağ-qaralar”ın “bostanına daş atıb”: “Neftçi” bizim abunəçimizdir. Hər oyunda bizə 3 xal verirlər. Bildiyiniz kimi, bu mövsüm bütün görüşlərdə “Neftçi”ni məğlub etmişik. Düşünürəm ki, yenə qalib gəlib liderliyə yüksələcəyik”.
Qeyd edək ki, “İnter” təsnifat mərhələsinin I dövrəsində 1:0, II dövrəsində isə 2:1 hesabı ilə qalib gəlib.

0
0