“Xəzər Lənkəran”&“Bakı”: 28-ci duel - STATİSTİKA
16.03.2012 - 17:01
“Xəzər Lənkəran”&“Bakı”: 28-ci duel - STATİSTİKA
Azərbaycan Premyer Liqasının XXIV turunda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” tarixində 28-ci dəfə bu rəqiblə görüşəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, indiyədək tərəflər hərəyə 8 qələbə qazanıb və 11 dəfə bərabərliklə ayrılıblar.

Top fərqində isə Lənkəran təmsilçisi böyük üstünlüyə malikdir – 29:21. Fərqin belə böyük olması “Xəzər Lənkəran”ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə udması ilə bağlıdır.

Çempionatda 21-ci dəfə üz-üzə gələcək rəqiblərin əvvəlki 20 matçında da “ağ-yaşıllar” rəqibini üstələyib. Qarşılaşmaların yarısı heç-heçə bitsə də, lənkəranlılar 6 dəfə qalib gəlməklə daha üstün olub. Bakılılar cəmi 4 dəfə seviniblər. Top fərqi isə 22:13-dür.

Lənkəran təmsilçisinin son oyunlardakı üstünlüyü daha böyükdür. “Xəzər Lənkəran” son 3 matçdan 2-də qalib gəlib və 1-də heç-heçə edib. Lənkərandakı son 3 oyunda isə qonaqlar nə qol, nə də xal görüb. Bu matçlarda hesab artan templə dəyişib – 1:0, 2:0, 3:0. Sırf çempionat oyunlarında isə “Bakı” 6 qarşılaşmadır ki, qələbə həsrətindədir. “Ağ-yaşıllar” bu müddətdə 2 qələbə qazanıb və 4 heç-heçə edib.

Qeyd edək ki, “Bakı” ilə görüş Yunis Hüseynovun baş məşqçi postunda debüt oyunu olacaq.

2004/0522.08.2004çempionatsəfər0:2
2004/0523.02.2005çempionatevdə2:0
2005/0622.08.2005çempionatevdə0:1
2005/0617.02.2006çempionatsəfər1:1
2006/0726.08.2006çempionatevdə1:0
2006/0726.02.2007Kubok, 1/4 final, Isəfər2:0
2006/0704.03.2007Kubok, 1/4 final, IIevdə0:1
2006/0717.03.2007çempionatsəfər0:0
2007/0804.11.2007çempionatsəfər2:2
2007/0804.05.2008çempionatevdə0:0
2008/0926.10.2008çempionatsəfər0:0
2008/0925.02.2009Kubok, 1/4 final, Ievdə0:1
2008/0911.03.2009Kubok, 1/4 final, IIsəfər2:2
2008/0918.04.2009çempionatevdə3:0
2009/1025.11.2009çempionatevdə1:1
2009/1029.11.2009çempionatsəfər3:0
2009/1011.04.2010çempionatsəfər0:1
2009/1015.05.2010çempionatevdə0:1
2009/1023.05.2010Kubok, finalneytral1:2
2010/1102.10.2010çempionatevdə1:1
2010/1127.11.2010çempionatsəfər1:1
2010/1102.04.2011çempionatsəfər0:0
2010/1127.04.2011Kubok, 1/2 final, Ievdə1:0
2010/1104.05.2011Kubok, 1/2 final, IIsəfər1:2
2010/1113.05.2011çempionatevdə2:0
2011/1221.10.2011çempionatsəfər2:2
2011/1221.12.2011çempionatevdə   3:0