Yığmamızdan əzmkar qələbə
16.03.2012 - 17:31
Yığmamızdan əzmkar qələbə
Bu gün İstanbulda Türkiyə və Azərbaycan futzal yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, dünənki qarşılaşmada 3:3 hesablı heç-heçə ilə kifayətlənən Joze Alesio da Silvanın yetirmələri bu dəfə qalib gəlib. Millimiz 2:1 hesablı qələbəni əzmkarlıqla əldə edib.

Matçın 3-cü dəqiqəsində Aşkın Özeken hesabı açsa da yığmamız fasilədən sonra oyunda dönüş yaradıb. 21-ci dəqiqədə Jadder Dantas bərabərlik, 28-ci dəqiqədə Serjao qələbə qolunu vurub.