Əvvəl istirahət, sonra yüngül məşq
16.03.2012 - 18:07
Əvvəl istirahət, sonra yüngül məşq
“Qarabağ” klubu yenidən Ağdama yollanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXIV, final mərhələsinin II turunda “Qəbələ”ni qəbul edəcək komanda oyunun keçiriləcəyi məkana gedib.

Bu gün Bakıda məşq edən Qurban Qurbanovun yetirmələri günorta yeməyindən sonra yola düşüb. Komanda bu gün Quzanlıda istirahət edəcək, sabah isə 1 saatlıq yüngül məşqlə kifayətlənəcək. “Qarabağ” bu qarşılaşmaya itkisiz hazırlaşır.

Qeyd edək ki, martın 18-də baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu 15:00-da start götürəcək.