“Müəyyən çatışmazlıqlar var”
16.03.2012 - 18:27
“Müəyyən çatışmazlıqlar var”
“Komandamızı yeni formalaşdırmışıq. Buna görə də, müəyyən çatışmazlıqlar var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova U-17 qızlar yığmasının baş məşqçisi Viktor Qryapka deyib.

O, bu gün Bakıda Azərbaycan milli komandası ilə keçirilən yoldaşlıq oyunu (0:4) haqda fikirlərini açıqlayıb: “Ümid edirəm ki, Azərbaycan yığması ilə keçirəcəyimiz növbəti yoldaşlıq oyununda daha yaxşı çıxış edəcəyik”.

Mənbə: affa.az