“Sabitlik olmadığı üçün yaxşı nəticə qazana bilmirik” - FOTO
17.03.2012 - 00:11
“İlk qarşılaşmada qələbə qazansaq da, cavab qarşılaşması bizim üçün çox çətin olacaq. Biz bu oyunun əhəmiyyətini yaxşı dərk edirik”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Premyer Liqada işləri heç də qaydasında getməyən “Bakı” 35 xalla 6-cı pillədə qərarlaşıb. Avrokuboklara vəsiqə qazanmaq şansı möcüzələrə bərabər olan “zolaqlılar”ın bütün ümid yeri ölkə kubokudur.
Paytaxt təmsilçisi ölkə kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında AZAL-ı 3:1 hesabı ilə üstələyərək, cavab görüşü üçün sərfəli nəticə etdi: “Çempionatda şanslarımız elə də yüksək deyil. Avrokuboklara vəsiqə qazanmaq üçün asan yol ölkə kubokunu qazanmaqdır. 3:1 hesablı qələbə kubok üçün yaxşı nəticə olsa da, arxayınlaşmaq olmaz. Çünki AZAL heç də zəif rəqib deyil. Məncə, hər iki komandanın yarımfinala çıxmaq şansı 50-in 50-yədir”.
Məmmədov komandasının cari mövsümdəki çıxışına da münasibət bildirərək, qeyri-sabit oyun nümayiş etdirdiyini vurğuladı: “Bu mövsüm qeyri-sabit oyun nümayiş etdiririk. Məhz sabitlik olmadığı üçün yaxşı nəticə əldə edə bilmirik. Heyətə cəlb olunmuş transferlərin də komandaya uyğunlaşmaları üçün müəyyən qədər zamana ehtiyacları var”.

0
0