“Messi əvvəlcə Maradonanı, sonra isə məni keçməlidir”
16.03.2012 - 20:00
“Barselona”nın və Braziliya yığmasının keçmiş forvardı Romario Kataloniya klubunun forvardı Lionel Messinin hələ onun nailiyyətlərini keçməli olduğunu bildirib. Apasport.az saytının xəbərinə görə, Madriddə nəşr olunan “El Confidencial” qəzeti 46 yaşlı braziliyalının sözlərini belə təqdim edib: “Messi əvvəlcə Maradonanı, sonra isə məni keçməlidir. Çünki mən Maradonadan daha yaxşı futbolçu olmuşam. Əgər bunlar baş versə Lionelin qarşısında yalnız Pele və dünya çempionatında qələbə olacaq”.
0
0