“Türkiyəli azarkeşlərin çılğınlığı məni heyran edir”
16.03.2012 - 21:15
Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç AÇ-2012-dən sonra komandadan ayrılacağını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, xorvatiyalı mütəxəssis Türkiyədə işləmək istədiyini bildirib: “AÇ-2012-dən sonra Xorvatiya yığmasından gedəcəyəm. Türkiyədə çalışa bilərəm. Ancaq Almaniya və İtaliyadan da təkliflər almışam. Türkiyəli azarkeşlərin çılğınlığı məni heyran edir. Çempionluğa oynayan bir komandanı çalışdırmaqla uğur qazanacağıma inanıram”.
Qeyd edək ki, Slaven Biliçin rəhbərlik etdiyi Xorvatiya millisi AÇ-2012-nin seçmə turnirinin pley-off mərhələsində məhz Türkiyə yığmasını mübarizədən kənarlaşdırmışdı.
Qeyd edək ki, Slaven Biliçin rəhbərlik etdiyi Xorvatiya millisi AÇ-2012-nin seçmə turnirinin pley-off mərhələsində məhz Türkiyə yığmasını mübarizədən kənarlaşdırmışdı.
0
0