“Turan” azlıqda məğlubiyyətdən və son pillədən qaçdı - YENİLƏNİB
17.03.2012 - 17:47
Bu gün Premyer Liqada XXIV tura start verilib. Apasport.az saytının məlumatına görə, keçirilən yeganə oyun 2-ci “altılığ”ın matçı olub. “Simurq”la “Turan”ın Zaqataladakı dueli yeni baş məşqçinin debütü baxımından diqqət çəkib. Belə ki, həftənin ilk günündən komandaya rəhbərlik edən gürcü çalışdırıcı Georgi Çixradze siftə edib. “İnter”də köməkçi işləmiş 45 yaşlı mütəxəssis nəinki “Simurq”un, ümumiyyətlə, ölkəmizdə baş məşqçi kimi çıxdığı ilk oyununu qələbə ilə qeyd etməyə yaxın olsa da, buna nail olmayıb.
Özü də onu sevinməyə həmyerlisi – “Turan”ın gürcü yarımmüdafiəçisi Aleksandr Qoqoberişvili qoymayıb. Belə ki, təcrübəli futbolçu sona 1 dəqiqə qalmış penaltidən vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Bunadək isə meydan sahiblərinin qış fasiləsində transfer etdiyi latviyalı yarımmüdafiəçi İqor Tarasov qol hesabını açıb. “Turan”a son 15 dəqiqə qalmış kapitanı Aftandil Hacıyev qırmızı vərəqə almağı nəticəsində azlıqda qalandan sonra hesabı bərabərləşdirməyi daha çətin olsa da, bunu reallaşdırıb.
Bununla da “Simurq” bu il qələbəsiz seriyasını davam etdirsə də, final mərhələsində ardıcıl 2-ci ev oyunu 1:1 hesabı ilə başa vurub. “Turan” isə “altılıq”da yenə uduzmayaraq, hesabına 4-cü xalını yazıb. Ən əsası, tovuzlular ən azı 1 günlük də olsa da, son pillədən yaxa qurtulub. “Sumqayıt”la xallarını bərabərləşdirən “Turan” topların fərqində onu üstələyir. Sumqayıtlılar sabah “Kəpəz”lə səfər matçında uduzarsa, son pillədə qalacaq.
16:00. “Simurq” – “Turan” -1:1
QOLLAR: İqor Tarasov, 61 - Aleksandr Qoqoberişvili, 89-pen
Qırmızı vərəqə: Aftandil Hacıyev, 75 (birbaşa)
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rza Məmmədov
Dördüncu hakim: Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 2:1
“Simurq”: 32. Dmitri Kramarenko (k), 2. İlkin Qırtımov, 79. Vidas Alunderis, 28. Rüstəm Abbasov, 13. Aleksandr Şemonayev , 29. İqor Tarasov, 8. Qərib İbrahimov, 21. Emin Cəfərquliyev, 7. Ruslan Poladov, 77. Daniel Genov, 19. Anatoli Doroş
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 15. Nicat Qurbanov, 6. Mikayıl Rəhimov, 23. Ruhid Usubov, 10. Tofiq Mİkayılov, 5. Rəşad Eyubov
Baş məşqçi: Georgi Çixradze
“Turan”: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 14. Aleksandr Qoqoberişvili, 11. Georgi Beriaşvili, 9. Xəyal Qarayev, 21. Rəşad Orucov, 22. Cavad Mirzəyev, 24. Dan Pisla, 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 7. Fərmayıl Əliyev, 8. Asəf Qədiri, 20. Azər Məmmədov, 33. Rəşid Həsənov, 29. Seidu Salifu, 10. Nadir Nəbiyev
Baş məşqçi: Əsgər Abdullayev
Bombardir: Bahodir Nasimov (Neftçi) - 14

| Klublar | O | Q | H | M | T-F | X | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Neftçi | 23 | 16 | 1 | 6 | 46-21 | 49 |
| 2 | İnter | 23 | 14 | 6 | 3 | 22-10 | 48 |
| 3 | Qarabağ | 23 | 13 | 5 | 5 | 28-14 | 44 |
| 4 | Xəzər Lənkəran | 23 | 13 | 5 | 5 | 33-20 | 44 |
| 5 | Qəbələ | 23 | 11 | 6 | 7 | 31-24 | 38 |
| 6 | Bakı | 23 | 10 | 5 | 8 | 27-23 | 35 |
| 7 | AZAL | 23 | 8 | 5 | 10 | 35-38 | 29 |
| 8 | Rəvan | 23 | 7 | 7 | 9 | 24-29 | 28 |
| 9 | Kəpəz | 23 | 6 | 5 | 12 | 27-39 | 23 |
| 10 | Simurq | 24 | 5 | 6 | 13 | 20-36 | 20 |
| 11 | Turan | 24 | 4 | 3 | 17 | 17-34 | 15 |
| 12 | Sumqayıt | 23 | 4 | 3 | 16 | 16-38 | 15 |

0
0