Dünya çempionu milli komandamızın rəqibini seçdi
17.03.2012 - 10:39
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Lüksemburq yığması növbəti yoldaşlıq görüşünü müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə”nin təmsilçisi İtaliya yığması ilə qüvvəsini sınayacaq. Bu yığmalar arasında səviyyə fərqi müqayisə olunmaz olsa da, dünya və Avropa çempionu olan italyanlar rəqibimizi seçib. Özü də İtaliya mayın 29-da öz meydanında keçirəcək həmin matçı Avropa çempionatının final mərhələsinin son sınaq oyunlarından biri olacaq.
Maraqlıdır ki, 4 qat dünya çempionu olan İtaliya millimizin digər rəqibi Rusiya yığması ilə görüşəcək. Bu matç İsveçrənin Sürix şəhərində olacaq. İtalyanlar final mərhələsində ilk oyununu isə iyunun 10-da İspaniya yığması ilə keçirəcək.

0
0