“Xəzər Lənkəran” - “Bakı” duelinin özəlliyi: Novruz bayramı köhnə ənənəni qaytardı
17.03.2012 - 11:39
“Xəzər Lənkəran” “Bakı” ilə cari mövsümdə 3-cü oyununa da yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Apasport.az saytının məlumatına görə, lənkəranlılar “zolaqlılar”la təsnifat mərhələsində oyunlara rumıniyalı Mirça Redniklə Cüneyt Biçərin rəhbərliyi altında çıxdı. Rednikin komandası “Bakı” ilə ilk dövrədə səfərdə 2:2 hesablı bərabərliyə qaldı. Onu ötən ilin dekabrında əvəzləyən Biçər isə çempionatın gümüş medalı ilə Azərbaycan kubokunu qazandırdığı keçmiş komandasına Lənkəranda 3:0 hesabı ilə qalib gəldi. Bu, türkiyəli çalışdırıcının “Xəzər Lənkəran”da ilk ev qələbəsi kimi tarixə düşdü.
“Bakı” isə bu dəfə cənub klubunun qarşısına latviyalı baş məşqçisi Aleksandr Starkovun rəhbərliyi altında çıxmayacaq. “Altılıq” öncəsi postundan gedən mütəxəssisi köməkçisi Novruz Əzimov əvəzləyir. “Bakı” 52 yaşlı baş məşqçisinin rəhbərliyi altında ilk dəfə səfər matçına çıxacaq. Əzimov bunadək evdə “İnter”lə çempionat oyununda uduzmuş (0:1), AZAL kubok matçında qalib gəlmişdi (3:1).
Lənkəran klubunda Biçəri əvəzləyən Yunis Hüseynov debütünü “Bakı” ilə birigünkü ev oyununda reallaşdıracaq. “Karvan”ın və “Standard”ın çalışdırıcısı kimi “zolaqlılar”la görüşmüş 47 yaşlı mütəxəssis 2005/06 mövsümünü xüsusi xatırlayır. Həmin vaxt “Karvan” çempionluğun bir addımlığında olsa da, “Turan”la səfər oyununda bərabərlik (0:0) Hüseynova baha başa gəldi. Nəticədə “Bakı” Yevlax təmsilçisini qabaqlayaraq, tarixində ilk çempionluğunu qazandı.
Əslində, Hüseynovla Əzimov ilk dəfə baş məşqçi kimi rəqib olsalar da, bir-birlərini çox yaxşı tanıyır. Çünki onlar həm SSRİ, həm də Azərbaycan çempionatında “Neftçi”də komanda yoldaşı olub. Hüseynov yarımmüdafiəçi, Əzimov müdafiəçi kimi komandanın uğurları üçün çalışıb.
Lənkərandakı oyunun iştirakçılarının baş məşqçilərinin dəyişməyi ilə köhnə ənənə qayıtdı. Belə ki, “Xəzər Lənkəran”la “Bakı”nın matçında bu dəfə əcnəbi yox, 5 illik fasilədən sonra yerli çalışdırıcıların dueli olacaq. Bu, sonuncu dəfə 2006/07 mövsümündə - çempionatın XVII turunun martın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən matçında olmuşdu. Onda “Bakı”nın baş məşqçisi hazırda “Neftçi”yə eyni vəzifədə olan Böyükağa Hacıyev, “Xəzər Lənkəran”da isə tarixində ən uğurlu çalışdırıcısı Ağasəlim Mircavadov idi. Göründüyü kimi, yenə Novruz bayramında yerli baş məşqçilərin mübarizəsini izləyəcəyik.
Qeyd edək ki, 2004-cü ildən görüşən “Xəzər Lənkəran”ın “Bakı”nın ilk baş məşqçiləri də yerlilər olub. Bu, Lənkəran klubunda Nazim Süleymanov, paytaxt təmsilçisində Elxan Abdullayev idi.
Mehman SÜLEYMANOV

0
0