“Rahid Əmirquliyevin rekordumu qırmağına qısqanmadım”
17.03.2012 - 13:24
“Rahid Əmirquliyevin rekordumu qırmağına qısqanclıqla yanaşmadım. Əksinə, komanda yoldaşımın uğuruna sevindim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın ən təcrübəli futbolçusu Alim Qurbanov deyib. Lənkəran klubu yaradılan vaxtdan – 2004-cü ildən onun şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi uzun müddət oyun sayında rekordçu idi.
Nəhayət, yaxında bu rekord qırıldı. Daha çox ehtiyatda qaldığına görə oyun sayını artıra bilməyən Alimin hesabında 176 matç var. “Xəzər Lənkəran”ın kapitanı olan Əmirquliyev isə yubiley – 180-ci oyununa çıxmaqla, təcrübəli həmkarını artıq 4 matç qabaqlayır.
Qurbanov Rahidin komandada daha çox oyun keçirməyini arzulayır: “İnşallah, bundan sonra da oynayaraq, rekordunu davam etdirər. Rahidin nə yaşı var ki? Bundan sonra rahat 7-8 il oynayar. Rahid həm yaxşı insandır, həm də güclü futbolçudur. O, bu klubda oynamağa, rekordları qırmağa layiqdir”.
Qeyd edək ki, milli komandamızın da üzvü olan 23 yaşlı Əmirquliyev cari mövsümdən “Xəzər Lənkəran”ın kapitanı təyin olunub.
Mehman SÜLEYMANOV

0
0