Sergey Yuran derbi oyununa proqnoz verdi
17.03.2012 - 14:37
Sergey Yuran derbi oyununa proqnoz verdi
“Simurq”un rusiyalı sabiq baş məşqçisi Sergey Yuran Premyer Liqanın hazırkı turunun derbi oyununa proqnoz verib. Apasport.az saytının məlumatına görə, XXXV tur çərçivəsində martın 19-da keçiriləcək “Spartak” – “MOİK” oyununun heç-heçə nəticələnəcəyini gözləyir. Özü də Yuran konkret hesab da deyib: “Biz hamımız Moskva derbisinin gözəl keçəcəyini gözləyirik. Əlbəttə ki, vurulan qollar olacaq. Matçın gərgin keçəcəyi gözlənilir. Ona görə məhsuldar bərabərliyin olacağını gözləyirəm. 2:2 hesabını deyirəm. Kim birinci qol vuracaq? Məncə, MOİK hesabı açacaq. İlk qolu isə Alan Dzaqoyev qol vuracaq”.

Qeyd edək ki, Yuran bu ayın əvvəlində “Simurq”un baş məşqçi postundan istefa verərək, Moskvaya qayıdıb.