“Yunis Hüseynovu təbrik etdim və xeyir-duamı verdim” - MÜSAHİBƏ
17.03.2012 - 15:02
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”da növbəti baş məşqçi dəyişikliyini necə qarşıladınız?
- Bu, klub rəhbərliyinin qərarıdır. Belə məsləhət biliblər ki, baş məşqçini dəyişdirək. Yunis Hüseynovu baş məşqçi postuna gətiriblər. Ona uğurlar arzulayıram. Xeyirli olsun.
- Hüseynovu çox yaxşı tanıdığınızdan, onunla birgə işlədiyinizdən təyinatını müsbət qarşılamalısınız...
- Mən ümumiyyətlə, “Xəzər Lənkəran”da baş məşqçinin yerli olmağını müsbət qarşılayıram. Çünki onlar əcnəbilərlə müqayisə daha ürəklə çalışır, komanda üçün ürəkləri yanır. Mən əcnəbi həmkarlarma qarşı çıxmıram. Onlar da futbolumuza lazımdır. Ancaq əcnəbilər bura gələndə, özləri ilə 2-3 məşqçi gətirirlər. Gedəndə də hamısı çıxıb gedir, yenə gələn hər şeyi sıfırdan başlamalı olur. Bax, əcnəbi məşqçilərdə bu əmma var. Həmişə istəmişəm ki, gələnlərin köməkçiləri öz məşqçilərimiz olmalıdır və gedəndə də onlar işi davam etdirə bilsinlər. İnanıram ki, Hüseynovun işi uğurlu olacaq. Mən ona bunu arzulayıram. Yunis böyük futbolçu olub. Məşqçi kimi “Karvan”da işinin necə uğurlu olduğu məlumdur. Səhv etmirəmsə, 3 ildir kənarda qalmışdı. Sevinirəm ki, yenidən iş başında olacaq.
- Siz də vaxtilə 3 il işinizdən kənarda qaldıqdan sonra qayıtdınız. Məşqçi belə uzun fasilədən sonra işə qayıdanda, yadırğamır ki?
- Yox. Hər şey ilk növbədə məşqçinin özündən asılıdır. Mən öz adımdan danışıb deyə bilərəm ki, həmişə mütaliə edirəm. Futbola aid çoxlu jurnallarım, kitablarım var, onları oxuyuram. Hər məşqçinin özünəməxsus iş prinsipləri, öz hazırlıq proqramı var. Məndə bunlar kitab şəklində yazılıb. Hər dəfə onları açıb, baxıram. Orada hansı məşqlərin necə yerinə yetirilməyindən hansı inventarların istifadə olunmağına kimi hər şey yazılıb. Müasir futbol inkişaf edir və yeniliklərlə xəbərdar olmalısan. Buna görə də həmişə oxuyub, öyrənməlisən. Hər məşqçi ilk növbədə özü-özünü hazırlamalıdır. Yunisin futbolu yaxşı bilir və uzun fasilədən sonra işinə qayıdışında problem yaşamamalıdır.
- Maraqlıdır, Hüseynov təyinatından sonra sizinlə əlaqə saxlayaraq, keçmiş baş məşqçi kimi sizdən xeyir-dua alıbmı?
- Bəli. O, “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunandan sonra mənə zəng etmişdi. Yunisi ilk növbədə təbrik etdim, işlərində uğurlar arzuladım, xeyir-duamı verdim. Həmişə köməyimi göstərməyə hazır olduğumu dedim.
- Hüseynov 2004-cü ildə yaradılan “Karvan”ın ilk baş məşqçisi oldu və həmin vaxt siz də klubda məsləhətçi işləyərək, birgə çalışdınız...
- Doğrudur. Həmin vaxt Yunis məni özü dəvət etmişdi. Məşqçiliyə başlayırdı, özü də klub yeni yaranmışdı. Xahiş elədi ki, ona kömək eləyim. Mən də rəhbərliyim altında oynamış keçmiş futbolçumun istəyini məmnuniyyətlə müsbət cavabladım. Hesab edirəm ki, bizim həmin vaxt “Karvan”da işimiz faydalı oldu. Orada işlədiyim 3-4 ayda ümumiyyətlə, klub üçün çox işlər gördük. Özü də yalnız əsas komanda yox, uşaq futboluna, bazadakı işlərə böyük diqqət yetirdik. Bazanın bir mərtəbəli olmağını planlaşdırırdılar. “Karvan”ın rəhbərliyi – Cavanşir Şirəliyev, Şahmar Vəliyevdən xahiş elədim ki, bir mərtəbə də artırsınlar. Baza 2-3 mərtəbəli olsun ki, daha rahat, yaxşı şərait olsun. Meydançaların tikilməyinə xüsusi fikir verdik. Yəni düzgün təməl qoyduq və “Karvan”ın sonrakı uğurlarında bunun böyük rolu oldu.
- Maraqlıdır, sizin yenidən belə formada, ancaq bu dəfə “Xəzər Lənkəran”da birgə çalışmağınız mümkündür?
- (gülür). İndi fərqlidir, Hüseynov təkmilləşib. Həmin vaxt məşqçilikdə ilk addımlarını atırdı. Ancaq nə vaxt lazım olsa, ona kömək edərəm.
- “Xəzər Lənkəran” rəhbərliyi 2 illik fasilədən sonra yenidən azərbaycanlı baş məşqçi ilə işləməyi qərara aldı. Siz komandanın sonuncu azərbaycanlı çalışdırıcısı kimi yenidən bu posta dəvət olunacağını gözləyirdiniz?
- Bu, qismətdir. Mənim heç vaxt kiminsə yerində, hansısa baş məşqçi postunda gözüm olmayıb. Ruzini Allah verir. Sadəcə, çalışdırdığın komandanın çıxışı ilə yerli azarkeşləri sevindirmək lazımdır. Özü də Lənkəran fərqli məkandır. “Xəzər Lənkəran”ın baş məşqçisi oradakı şəraitə uyğunlaşmalıdır. Lənkərandakı azarkeşləri futbolu çox sevir. Mənim vaxtında elə olurdu ki, məşqə 5000 azarkeş gəlirdi.
- Həmin lənkəranlı azarkeşlər komandanın “İnter”ə kubokda Bakıdakı məğlubiyyətdən sonra türkiyəli baş məşqçi Cüneyt Biçəri istefasını tələb etdilər. Bundan az sonra Biçər postundan getdi...
- Mən bunu bilmirdim. Baş məşqçi ilə bağlı qərarı rəhbərlik verir.
- Biçərin vaxtında komandanın oyunu sizdə hansı təəssürat oyatmışdı?
- Mən az baxdığımdan, dəqiq qiymət verə bilərəm. Onu deyə bilərəm ki, “Xəzər Lənkəran” bizim vaxtımızda başqa futbol oynayırdı. Bu, aqressiv, baxımlı idi, komanda cinahlardan oyunu ilə seçilirdi. Çünki Azərbaycan futbolunda həmişə cinahlardan oyuna üstünlük verilib. İndi isə taktika fərqlidir. Oyun orta xətdəki futbolçularının sayının çox olmağı üzərində qurulub.
- Sizcə, yaradıcı futbolçu olmuş Hüseynov “Xəzər Lənkəran”ın sizin vaxtınızdakı baxımlı oyununu qaytara biləcəkmi?
- Məncə, biləcək. Mən onun işinə bələdəm və güvənirəm. Yunisin “Karvan”da işinin yaxşı alınmağında köməkçilərinin də böyük rolu vardı. Ona Zakir Mahmudov, Təbriz Həsənov yardım edirdi.
- Yeri gəlmişkən, Mahmudov “Xəzər Lənkəran”da da Hüseynova kömək edəcək. Siz onu “Şəmkir”də köməkçiniz olduğun vaxtdan yaxşı tanıyırsınız...
- Elədir. Mən Zakirlə 2 il bir yerdə işlədim. Yaxşı məşqçidir, gözəl insandır. Komanda cinahlardan oynayanda, rəqib qapısına qarşısında daha çox təhlükəli vəziyyət yaranır. Bunun üçün cinahlarda texnikalı, hücumameylli futbolçular olmalıdır. Yunisin yaxşı komanda yaradacağına inanıram. Bu, ona özünü göstərmək baxımından bir şansdır.
- Sizcə, Hüseynov bundan necə istifadə edəcək? Cari mövsümün qızğın vaxtında ağır yükün altına girərək, dərhal nəticə verə biləcəkmi?
- Əlbəttə, ilk vaxtlar ona çətin olacaq. Çünki futbolçuları tanımır, komandanı özü hazırlamayıb. Ancaq burada bir çox amillərin təsiri var. Birincisi, rəhbərliyin inamı. Mən həmişə demişəm ki, rəhbərliyin baş məşqçiyə inamı böyük şeydir və ondan çox şey asılıdır. Əgər bu inam varsa, etibar edirlərsə, nəticə olacaq. İkincisi, azarkeşlər. Onların baş məşqçiyə dəstəyi də çox vacibdir. Komanda öz oyunu ilə azarkeşlərin rəğbətini qazanmalıdır. Məncə, Hüseynov lənkəranlı azarkeşlərin inamını qazana biləcək. Nəhayət, baş məşqçi özündən də çox şey asılıdır. O, əvvəldən işini, sistemi düzgün qurmalıdır.
- Bu mənada Hüseynovun debütündən çox şey asılıdır. Onu sabah “Bakı” ilə Lənkəranda çətin sınaq gözləyir...
- Əlbəttə, baş məşqçi üçün ilk oyun həmişə vacibdir. “Xəzər Lənkəran” – “Bakı” matçı isə derbidir. “Bakı” da baş məşqçisini dəyişdirib və uğurlu çıxış etməyə çalışacaq. Sevindirici haldır ki, uzun fasilədən sonra bu komandaların oyununda azərbaycanlı baş məşqçilər görüşəcək.
Mehman SÜLEYMANOV

0
0