“Xəzər Lənkəran”ın rekordçusu məşqçiliyə başlayır
17.03.2012 - 16:32
“Xəzər Lənkəran”ın rekordçusu Alim Qurbanov məşqçiliyə hazırlaşır. 35 yaşlı futbolçu apasport.az saytına açıqlamasında karyerasını bitirdikdən sonra işini məşqçi kimi davam etdirmək istədiyini bildirib.
Alim klub rəhbərliyi ilə bu haqda söhbətinin olduğunu söyləyib: “Məşqçiliyə oxumağa hazırlaşıram, sənədlərimi də vermişəm. Apreldə başlamaq fikrim var. Prezidentimiz Mais Mənsimov deyib ki, qalıb, burada işləyəcəksən. Gələcəkdə köməkçi məşqçi olacağam. Daha bir il oynayaram. Baş məşqçimiz Yunis Hüseynov qalar, yanında köməkçi işləyərəm, öyrənərəm. Bizim kimi məşqçiliyə yeni başlayanların ondan, Ağasəlim Mircavadov kimi təcrübəli məşqçidən çox şey öyrənməyi lazımdır”.
Qeyd edək ki, “Xəzər Lənkəran” yarandığı 2004-cü ildən onun heyətində çıxış edən Alim keçirdiyi 176 oyunda 12 qol vurub. O, komandanın heyətində 1 dəfə ölkə çempionluğu, 3 dəfə kubok, 1 dəfə “Birlik kuboku”, 2 dəfə çempionatın gümüş medalını qazanıb.
Mehman SÜLEYMANOV

0
0