Qurban Qurbanov Vaqif Cavadovun “ağzını bağladı”
18.03.2012 - 12:02
Qurban Qurbanov Vaqif Cavadovun “ağzını bağladı”
"Qarabağ"ın başıbəlalı futbolçusu Vaqif Cavadova növbəti qadağa qoyulub. Azərbaycan - Avstriya oyunundan sonra milli komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə AFFA tərəfindən kəsilən məlum cəza başa çatsa da, futbolçuya yenə qadağa qoyan tapılıb.

Apasport.az saytının xəbərinə görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçusunun mətbuatla ünsiyyətinə qadağa qoyub. O, qadağanın müddətini də açıqlayıb: "Belə qərara gəldim ki, Vaqifin mətbuatla ünsiyyətini kəsim. İstəyirəm ki, futbolçu başını aşağı salıb, futbolunu oynasın. Mən onun oyunlara daha yaxşı köklənməsini nəzərə alaraq, bu addımı atmışam. Qadağa mövsümün sonuna qədər davam edəcək. Vaqifdən başqa, digər futbolçularla əlaqə saxlaya bilərsiz".

Ekspressfutbol qəzeti