Arda Turandan təhqirlərə qeyri-adi şərh
18.03.2012 - 12:11
Arda Turandan təhqirlərə qeyri-adi şərh
Avroliqanın 1/8 final mərhələsinin "Beşiktaş"la oyununda meydana çıxan və komandasının qələbəsində pay sahibi olan Arda Turan türkiyəli azarkeşlərin onun ünvanına səsləndirdiyi təhqirlərə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, Türkiyə millisinin aparıcı üzvü ölkəsinin mətbuatına açıqlamasında baş verənlərlə bağlı çox danışmayıb.

Yerli azarkeşlərin bu hərəkətindən sonra özünü normal hiss etdiyini söyləyən ulduz futbolçu sadəcə, anasının stadionda olması və həmin söyüşləri eşitməsinə görə pis olduğunu söyləyib: "Bu barədə çox danışmaq istəmirəm. Anam da stadiondan oyunu canlı izləyirdi. Yəqin ki, onu söydürdüyüm üçün oğlu ilə qürur duyub".