“Beşiktaş” ulduz futbolçuları ilə vidalaşır
18.03.2012 - 13:14
“Beşiktaş” ulduz futbolçuları ilə vidalaşır
“Beşiktaş” mövsümün əvvəlində “Valensiya”dan transfer etdiyi Manuel Fernandeslə yolları ayırmağa qərar verib. Apasport.az saytının məlumatına görə, “qara qartallar” portuqaliyalı futbolçunu “Tottenhem”ə satıblar.

Belə ki, 2 milyon avroya transfer edilən Fernandesin keçidi üçün ingilislər 17 milyon avroya xərcə düşüblər. O, növbəti mövsümdən yeni komandasının şərəfini qorumağa başlayacaq.

Qeyd edək ki, Fernandesin satılması “Beşiktaş”da maliyyə böhranının olması ilə əlaqələndirilir və onun hələ Yıldırım Dəmirörən klubunun prezidenti olarkən razılığı alındığı bildirilir. İstanbul təmsilçisi həmçinin digər portuqaliyalılar - Almeyda, Quareşma və Simaonu da transferə çıxarmaq fikrindədirlər.