Millimiz növbəti dəfə Moldovadan üstün oldu
18.03.2012 - 15:05
AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Komandamızın heyətində Nigar Cəlilli və Melis Sarıaltın, moldovalı futbolçulardan isə Viktoriya Yurdis fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında martın 16-da keçirilmiş yoldaşlıq oyunu 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdı.

0
0