Bernhard Raab darmadağında oyunlarından razı qalıb
18.03.2012 - 16:41
Bernhard Raab darmadağında oyunlarından razı qalıb
“Bu günkü oyunumuzdan razı qaldım. Lakin oyunun ilk 20 dəqiqəsində komandamın oyunu heç xoşuma gəlmədi. Futbolçular sanki yatmışdı”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın XXIV turunda “Kəpəz”ə səfərdə 1:4 hesablı məğlubiyyətə münasibət bildirib: “Daha sonra çox gözəl oyun göstərdik. “Kəpəz” komandası bizim zəifliyimizdən istifadə edib qələbə qazandı”.