“Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik”
18.03.2012 - 16:53
“Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik”
Premyer Liqanın XXIV turunda “Sumqayıt” üzərində 4:1 hesablı qələbədən sonra “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, o komandasından razı qalıb: “Bu oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt”ın əksər futbolçuları U-21 milli komandasının üzvüdür. Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik və qələbə qazandıq”.