Fatih Kavlakın təəssüfü
18.03.2012 - 17:41
Fatih Kavlakın təəssüfü
“Standart vəziyyətdən oyunun əvvəlində qol vurduq, hesabı açdıq. Daha sonra “Qarabağ” istədiyi oyunu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Fatih Kavlaka məxsusdur.

Türkiyəli mütəxəssis Premyer Liqanın XXIV turunda “Qarabağ”la səfər matçında 1:1 hesablı heç-heçədən sonra fikirlərini açıqlayıb: “Maraqlı oyun alındı. Təəssüf ki, son dəqiqələrdə qapımızdan qol buraxdıq. Lakin səfər oyunundan 1 xalla dönürük, bu oyunda “qardaşlıq” qazandı”.

Qeyd edək ki, oyunun 16-cı dəqiqəsində Viktor Mendi hesabı açsa da, 90-cı dəqiqədə İlqar Qurbanov bərabərlik qolunu vurub.