Amit Quluzadə oynadı, komandası qalib gələ bilmədi
18.03.2012 - 18:40
Amit Quluzadə oynadı, komandası qalib gələ bilmədi
Bu gün Türkiyənin Bank Asya Liqasında XXVI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının (U-21) futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyəsspor” Kayseridə “Boluspor”u qəbul edib.

Həmyerlimiz əsas heyətdə meydana çıxsa da, komandasının qələbə qazmasına kömək edə bilməyib. Quluzadənin 90 dəqiqə oynadığı görüşdə qonaqlar qalib gəliblər – 2:1.

Qeyd edək ki, 25 turdan sonra “Ərciyəsspor” 36 xala malikdir və 7-ci yerdədir.