AZAL-ın futbolçuları təcrübəsiz imiş...
18.03.2012 - 19:19
“İlk hissədə yaranmış qol imkanlarından yararlana bilmədik. Bundan sonra qapımızda qol gördük. İlk hissənin sonlarında qapımızdan ikinci qolu buraxdıq”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev deyib.
O, Premyer Liqanın XXIV turunda “Rəvan”a 0:2 hesablı məğlubiyyətdə ustalıq səviyyələrinin aşağı olmasını əsas gətirib: “İki hissə bizim üstünlüyüzdə keçsə də, qol imkanlarından istifadə edə bilmədik. Futbolçularımın ustalıq səviyyəsi çatmadı. Komandanın əsas heyətinin altı futbolçusu hazırda xəstə olsa da, futbolçularım sona qədər mübarizə apardılar”.

0
0