“Qapıçımızın inamlı oyunu olmasaydı, hesab fərqli ola bilərdi”
18.03.2012 - 20:34
“Son 4 qarşılaşma arasında ən zəif oyunumuzu bu gün keçirdik”. Apasport.az saytını məlumatına görə, bu sözləri Azərbaycan U-17 qızlar yığmasının baş məşqçisi Sissi Rayt deyib.
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Moldova millisi ilə keçirilmiş yoldaşlıq oyunundan sonra almaniyalı mütəxəssis yetirmələrindən şikayətlənib: “Futbolçular verdiyim tapşırıqlara lazımi səviyyədə əməl etmədilər. Qapıçımızın inamlı oyunu olmasaydı, hesab fərqli ola bilərdi. Ardıcıl üç qələbədən sonra bəlkə də komandada arxayınçılıq yaranmışdı”.
Qeyd edək ki, moldovalılarla ilk matçda 4:0 hesabı ilə qələbə qazanan yığmamız bu gün rəqibini 2:1 hesabı ilə məğlub edib.
Mənbə: affa.az

0
0