“Xəzər Lənkəran” uşaq evini ziyarət etdi
18.03.2012 - 21:06
“Xəzər Lənkəran” Futbol Klubunun kollektivi klub prezidenti Mais Mənsimovun təşəbbüsü ilə Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq tipli internat məktəbini ziyarət edib. Apasport.az saytının məlumatına görə, klubun yarandığı zamandan mövcud olan ənənəyə sadiq qalaraq, komanda üzvləri Novruz bayramı öncəsi uşaqlarla görüşərək onlara bayram hədiyyəsi verib.
Komanda üzvləri ilə yanaşı, “Xəzər Lənkəran”ın FK-nun vitse-prezidenti Tuyqun Nadirov və klubun direktoru Höccət Hacıyev də tədbirdə iştirak ediblər. Futbolçular uşaqlara klubun müxtəlif atributikasından ibarət hədiyyələr verdilər.
Uşaqlar isə bunun qarşılığında hazırladıqları konsert proqramı ilə çıxış etdilər. Maraqlı proqramda uşaqlarla yanaşı, oyunçuların da iştirak etməsi xüsusilə yaddaqalan oldu.
İnternat məktəbinin rəhbərliyi “Xəzər Lənkəran” FK-na bu ziyarətə görə təşəkkürünü bildirdi və komandanın gəlişinin burada hər zaman sevinclə qarşılandığını klub rəsmilərinin nəzərinə çatdırdı. Öz növbəsində klub rəhbərliyi bu cür tədbirlərin “Xəzər Lənkəran”ın xoş ənənələrindən olduğunu bildirməklə, bundan sonra da belə ziyarətlərin ediləcəyinə zəmanət verdi.
Həmçinin klub rəhbərliyi uşaq evinin sakinlərinin “Xəzər Lənkəran”ın oyunlarına gəlib sevimli komandalarını dəstəkləməsi üçün bütün şəraitin yaradılacağına söz verdi.
Mənbə: lankaranfc.com

0
0