Araz Abdullayev cəzalandı, komandası qalib gəldi
18.03.2012 - 21:40
Araz Abdullayev cəzalandı, komandası qalib gəldi
Yunanıstan Superliqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” klubu “Doxa Dramas”ı qəbul edib.

Həmyerlimizin start heyətində meydana çıxdığı və 85 dəqiqə oynadığı matçda ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Araz isə matçın 31-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu qələbədən xal ehtiyatını 29-a çatdıran “Panionios” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.