“Muğan”ın sabiq futbolçusu vətəninə qayıtdı
19.03.2012 - 09:41
Azərbaycan Premyer Liqasında çıxış etdikdən sonra bir müddət klubsuz qalan Saşko Pandev özünə komanda tapıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə Salyanın “Muğan” klubunun şərəfini qorumuş makedoniyalı futbolçu karyerasını vətənində davam etdirəcək. 25 yaşlı hücumçu bundan sonra “Renova”da çıxış edəcək. Makedoniya futbolunun əfsanəsi Darko Pandevin kiçik qardaşı olan Saşko yarım il klubsuz qaldıqdan sonra bu komandaya keçib.
Qeyd edək ki, Saşko 2010/11 mövsümündə “Muğan”da çıxış edib.
Qeyd edək ki, Saşko 2010/11 mövsümündə “Muğan”da çıxış edib.
0
0