Ürəyi dayanan futbolçu sağ qaldı
19.03.2012 - 11:39
Ürəyi dayanan futbolçu sağ qaldı
Dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan “Bolton” klubunun yarımmüdafiəçisi Fabris Muanbanın vəziyyəti ağırdır. Apasport.az saytının məlumatına görə, həkimlər “Tottenhem”lə ölkə kubokunun 1/4 final mərhələsində huşunu itirərək, yerə yıxılan 23 yaşlı ingilis oyunçunun həyatını xilas etmək uğrunda mübarizəsini davam etdirirlər.

Muamba Hovard Uebbin idarə etdiyi matçın ilk hissəsinin sonunda gözlənilmədən yerə yıxılıb. Hər 2 komandanın həkimləri meydana daxil olaraq, futbolçunun ilkin tibbi yardım etməyə başlayıb. Onun ürəyinin dayandığı aşkara çıxıb. Baş hakim komandaları paltardəyişmə otağına aparmaqla, oyunu dayandırıb. Belə ki, rəsmi şəxslər matçın təxirə salınmağını daha məqsədəuyğun sayıblar.

Fabris xəstəxanaya gedərkən, yolda özünə gəlib və xüsusi cihazların köməyi ilə nəfəs alır. Onun vəziyyətinin əvvəl sabit olduğu bildirilsə də, son məlumatlarda futbolçunun həyatının təhlükədə olduğu deyilir.