Yığmamızın taleyi şərqi avropalılara tapşırıldı
19.03.2012 - 11:49
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində keçiriləcək Azərbaycan – Rusiya oyunlarının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın taleyi Sloveniya və Çexiyadan olan hakimlərə tapşırılıb. Belə ki, komandamızın hər 2 oyununda şərqi avropalılar iş başında olacaq.
Martın 27-də Bakıda keçiriləcək ilk qarşılaşmada sloveniyalılar Borut Şiviç və Dejan Nikoliç fit çalacaq. Aprelin 9-da Tümendə baş tutacaq cavab oyununda isə çexiyalılar Karel Henix və Yan Kresta ədaləti qoruyacaq.

0
0