Georgi Nikolov: Hər deyilən sözə ilişmək yorucudur
19.03.2012 - 12:17
“Şənbə günü səhər tezdən başa düşdüm ki, dünya daha ciddi və darıxdırıcı olur. Özü də təkcə kvant fizikası sahəsində deyil. Bu hətta sakitləşmək, zarafat etmək mümkün olan yerdə də belədir. Yəni, futbol dünyasında”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Bakının “İnter” klubunun prezidenti Georgi Nikolova məxsusdur.
Premyer Liqanın XXIV turunun “Neftçi” ilə oyunu ərəfəsində komandasının rəqibi cari mövsümün ilk 2 qarşılaşmanın ikisində də udmasına eyham vuran klub rəhbəri saytımıza maraqlı açıqlama vermişdi. “Neftçi” abunəçimizdir, hər oyunda bizə 3 xal verirlər” ifadəsini Nikolov məhz apasport.az-a desə də, bütün mediada müzakirə mövzusuna çevrildi: “Uğursuz çıxışla bağlı günahsız bir zarafatın bu boyda reaksiyalara və ictimai ehtiraslara səbəb olacağından şübhələnmirdim. Motivə olmaq, etirazlar, sübutlar, araşdırmalar... Artıq nahara kimi başım ağrıyırdı. Lakin elə həmin mövsümün yekununa əsasən də, bu gün də “İnter”in daha yaxşı təsir bağışlaması faktdır. Ona görə yox ki, əl uzadanda deyilən kimi bəxtimiz gətirdi. Bundan sonra necə olacağını isə yaşayıb, görərik. Mövsümün sonuna hələ çox var. Bir sözlə, izahatsız özünəinama sahib olmaq olar”.
Açıqlamasının rəqibi qızışdıraraq qələbəyə kökləməsinə və 2:1 hesabı ilə qalib gəlməsinə səbəb olması isə Nikolovu peşman edib. Bu üzdən də o, artıq “Neftçi”yə stimul verməyəcək: “Yoxsa ki, idman yalnız müsbət emosiyalar bəxş etməlidir. Hər deyilən sözə ilişmək isə ağırlaşdırıcı və yorucudur. Ən yaxşısı, əlini yelləyərək təbəssümlə yoluna davam etməkdir. Yeri gəlmişkən, təntənəli şəkildə söz verirəm: Gələn dəfə heç nə deməyəcəyəm ki, rəqibin köklənməsi artıq heç olmasın”.

0
0