Rail Məlikov: Kimin abunəçi olduğunu hamı gördü - MÜSAHİBƏ
19.03.2012 - 14:22
“Neftçi” klubunun müdafiəçisi Rail Məlikovun apasport.az saytına müsahibəsi
- Hesabat turunda ən yaxın izləyiciniz olan “İnter”i məğlub etdiniz. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bu matç finala bərabər idi. Çox ciddi hazırlaşmışdıq. Motivasiyamız da yaxşı idi. Azarkeşlərə bizi dəstəklədiklərinə görə, təşəkkür edirik.
- Özü də cari mövsümdə ilk dəfə “İnter”dən 3 xal aldınız...
- Düzdür, əsas mərhələdə keçirilən hər iki oyunda məğlub olmuşduq. Bu dəfə isə uduzmağa haqqımız yox idi. Həmin oyunlarda da üstünlük bizdə ola-ola məğlub olmuşduq. Rəqibi yaxşı analiz etmişdik. Onlar da yaxşı komandadır. Taktiki gedişlər üzərində işləyirlər.
- “İnter”in hansı zəif cəhətlərini aşkarladınız?
- Bunu demək olmaz. Çünki bizim hələ bir oyunumuz da var. İndidən bunu desək, həmin səhvləri düzəldəcəklər.
- Oyundan əvvəl “İnter”in prezidenti Georgi Nikolov “Neftçi”nin “İnter”in abunəçisi olduğunu qeyd etmişdi. Bu açıqlama futbolçulara necə təsir göstərmişdi?
- Oyuna yaxşı köklənmişdik. Çünki uduzsaq, liderliyi əldən verəcəkdik. Ancaq Nikolovun o cür açıqlama verməsi, ürəkaçan hal deyil. Heç vaxt bizim prezidentdən bu cür açıqlama eşidə bilməzsiniz. Heç futbolçular da bu qədər sərt danışmırlar. Elə vaxt olub onlar 2-3 oyun bizi yenə bilməyiblər, amma biz bunu şişirtməmişik. İndi kimin abunəçi olduğunu hamı gördü. Düzdür, Azərbaycan xalqı qonaqpərvərdir. Ancaq Nikolov bu sözləri Bolqarıstanda işlədə bilər. Əslində, onun bu açıqlaması bizi oyuna daha da kökləmiş oldu.
- Ən yaxın izləyicinizi artıq 4 xal qabaqlayırsınız. Bir qədər rahatlaşdığınızı söyləmək olarmı?
- Xeyr, rahat olmağa əsas yoxdur. Ən azı 3-4 oyun udduqdan sonra bu cür düşünmək olar. “Qarabağ” və “İnter” bizi izləyir. “Xəzər Lənkəran” da pis komanda deyil. Qarşıda gərgin oyunlarımız var.
- İlk “altılığ”a heç də yaxşı başlamadınız. “Qəbələ” böyük hesablı məğlubiyyət gözlənilmirdi. Həmin matçda nə baş vermişdi?
- Səfərə yola düşəndə ağır olacağını bilirdik. Güclü kollektivləri var və evdə daha yaxşı təsir bağışlayırlar. Hesab həqiqətən də gözlənilməz oldu. Kobud səhvlərə yol verdik və məğlub olduq. “Qəbələ” zəif komanda deyil və onların niyə beşinci pillədə qərarlaşdıqlarını anlaya bilmirəm.
- Kubokda yarımfinala yüksəldiyinizi düşünmək olarmı?
- “Kəpəz”lə oyunlarımız hər zaman çətin olub. Bu mövsüm qarşımıza həm də kuboku qazanmaq məqsədi qoymuşuq. Ciddi yanaşırıq. Məqsədə çatmaq üçün gücümüzü səfərbər etmişik.

0
0