Pavel Doroşev: Mən hələ “Qəbələ”də çox oynayacağam - MÜSAHİBƏ
19.03.2012 - 15:26
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XXIV turunun “Qarabağ”la oyunu haqda nə düşünürsünüz?
- Ağır qarşılaşma oldu. Artıq ardıcıl ikinci dəfədir ki, bu komanda ilə matçın sonlarında qol buraxıb, qələbəni əldən veririk.
- Son dəqiqələrdə qol buraxmağınızın səbəbi nədir?
- Kubok oyununda matçın sonlarında buraxılan qol çox üzücü idi. Bu dəfə isə oyuna görə 1:1 bizim üçün yaxşı nəticədir. Azərbaycanın ən yaxşı komandalarından biri ilə səfərdə heç-heçə edib, xal qazandıq.
- Matçın sonunda qol buraxmaq hansısa problemlə bağlıdır?
- Hər hansı problem yoxdur. Sadəcə, “Qarabağ” sonadək mübarizə aparır, son saniyələrədək oynayır. Biz isə hardasa konsentrasiyanı itirdik.
- Hər 2 halda, sonda vurulan qol zamanı siz reaksiya belə vermədiniz...
- Çünki zərbə mənim üçün gözlənilməz oldu. Top bir toxunuşla qapıya vuruldu. Bunu gözləmədiyimdən reaksiya da verə bilmədim. Əvəzində bir çox başqa epizodlarda əlimdən gələni etmişdim.
- “Qarabağ”dakı həmkarınız Boyan Pavloviçin quru seriyasını 828-də saxladınız. Bundan xəbəriniz var?
- Seriyalar boş şeylərdir. Əsas komandanın udub-udmamağıdır. Boyan əla insan və gözəl qapıçıdır. Mən onun üçün çox şadam.
- Onun seriyası qırılmasaydı, Azərbaycan Premyer Liqasında göstərdiyiniz nəticəyə yaxınlaşa bilərdi?
- Mən öz seriyam haqda artıq unutmuşam. Bu, çoxdan olub.
- Qol buraxmasaydınız liderlərə bir az da yaxınlaşa biləriniz. Bəs bu heç-heçədən sonra nəyə ümid edirsiniz?
- Heç nə olmayıb axı. Biz “Qarabağ” kimi güclü komanda ilə səfərdə heç-heçə edib xal qazanmışıq. Uduzsaydıq, başqa məsələ. Onda xal fərqi artardı. İndi isə qarşıda 8 tur var. Bilmək olmaz sabah onlar ardıcıl 2 tur uduza da bilər. Biz isə onlara çata bilərik.
- Mükafatçılar sırasına düşmək şanslarınızı necə dəyərləndirirsiniz?
- Mükafatlar uğrunda mübarizə hələ irəlidədir.
- “Qarabağ”la oyun sizin “Qəbələ” ilə çempionatda 88-ci oyununuz oldu. Klubun tarixində ən çox çempionat oyunu keçirən Abdulkader Kamaranın rekordunu təkrarladınız. Bundan xəbəriniz var?
- Xəbərim yoxdur. Amma mən hələ “Qəbələ”də çox oynayacağam. Nə qədər ki, komandaya xeyir verə bilirəm, burdayam. Heç yerə getməyəcəyəm. Klub mənim xidmətimdən imtina edənə qədər “Qəbələ”də qalacağam. Bilirəm ki, komandaya fayda verirəm.

0
0