Rusiyalılar millimizi “Sərhədçi”yə aparır
19.03.2012 - 15:44
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə keçirəcəyi ilk pley-off oyununun baş tutacağı məkanla bağlı qeyri-müəyyənlik yaranıb. Apasport.az-ın məlumatına görə, AFFA-nın rəsmi internet saytı hələ 1 ay əvvəl martın 27-də saat 21:00-da başlayacaq görüşün Bakı İdman Sarayında keçiriləcəyi haqda xəbər yaymışdı. Lakin üstündən 1 ay keçdikdən sonra Rusiya tərəfi fərqli iddiadadır. Belə ki, Rusiya Mini Futbol Assosiasiyasının rəsmi saytı qarşılaşmanın “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcəyini iddia edir.
0
0