UEFA yığmamızın üzvünü cəzalandırdı
19.03.2012 - 16:31
UEFA yığmamızın üzvünü cəzalandırdı
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyev cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, futzalçı milli komandalar səviyyəsində yarışlarda növbəti 3 rəsmi oyunda iştirak hüququndan məhrum edilib.

Bu barədə qərar UEFA-nın Nəzarət və İntizam Komitəsi tərəfindən çıxarılıb. Buna səbəb, Rizvan Fərzəliyevin futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – Serbiya oyununun rəsmi şəxsinə qarşı aqressiv davranışı olub.

Qeyd edək ki, Fərzəliyev cəzasının ilk 2 oyunu kimi dünya çempionatının pley-off mərhələsinin Rusiya ilə martın 27-də Bakıda və aprelin 9-da Tümendə keçiriləcək oyunları da buraxacaq.