DÇ-2012-nin ilk bileti dövlət başçısına təqdim olunub - FOTO
19.03.2012 - 18:32
DÇ-2012-nin ilk bileti dövlət başçısına təqdim olunub - FOTO
Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Apasport.az saytının xəbərinə görə, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak ediblər.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edildi.

Dövlətimizin başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verildi. Bildirildi ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.