“Futbolçularım verdiyim tapşırıqları yerinə yetirərək, çox vacib qələbə qazandılar”
19.03.2012 - 19:35
“Futbolçularım verdiyim tapşırıqları yerinə yetirərək, çox vacib qələbə qazandılar”
“Həmkarım Yunis Hüseynovu təyinatı münasibətilə təbrik edirəm. Bu gün hər 2 komandaya qələbə vacib idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib. Təcrübəli çalışdırıcı Aleksandr Starkovun gedişindən sonra komandanın “sükanı arxası”nda ilk qələbəsini “Xəzər Lənkəran”la səfər oyununda 1:0 hesabı ilə qazanıb: “Bizə 3 xal çox lazım idi. Çünki xal itirsəydik, medallar uğrunda mübarizədə şansımız çox çətin olacaqdı. Buna görə komandamı oyuna ciddi hazırlaşdırmışdım. Futbolçuları qələbəyə, sonadək mübarizəyə kökləmişdik. Onlar da verdiyim tapşırıqları yerinə yetirərək, çox vacib qələbə qazandılar”.