“Simurq”da yeni sima
20.03.2012 - 00:00
“Simurq”da yeni sima
"Simurq"da islahatlar davam edir. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisi əvvəlcə baş məşqçisi Sergey Yuran, daha sonra isə hücumçusu Robertas Poşkusla münasibətlərə son qoydu. Əvvəlcə postu müvəqqəti olaraq İqor Getmana tapşıran "Simurq" az sonra gürcüstanlı Georgi Çixradze ilə müqavilə imzaladı.

Srağagün isə komandaya yeni məşqçi gətirilib. Bu serbiyalı Aleksandr Krakliçdi. Onunla bağlı hələ konkret qərar verilməsə də, Çixradzenin istəyi ilə Azərbaycana dəvət olunan mütəxəssislə böyük ehtimalla müqavilə bağlanacaq. Karyerası ərzində əsasən Xorvatiya və Makedoniya yüksək liqalarında çalışmış Krakliç "Simurq"da baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirəcək. Məlumat "Simurq" klubundan da təsdiqlənib.

Qeyd edək ki, Emil Balayev və İqor Getman da bölgə komandasının məşqçilər korpusunda yer alıblar.