Foqtsla problemin varsa, danışma!
20.03.2012 - 00:12
Foqtsla problemin varsa, danışma!
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov daha bir futbolçusuna qadağa qoyub. Apasport.az saytının xəbərinə görə, gənc mütəxəssis Vaqif Cavadovun ardından yarımmüdafiəçi İlqar Qurbanovun da mətbuatla ünsiyyətini kəsib.

Quzanlıda "Qəbələ"yə qarşı keçirilən matçda son dəqiqədə qol vurub, komandasına 1 xal qazandıran Qurbanov təəssüratlarını bölüşmək iqtidarında deyil. Həm Vaqif, həm də İlqar mövsümün sonuna qədər cəzalandırılıb. Qurbanov qohumların (İlqar Qurbanov Vaqif Cavadovun bibisi oğludu - red.) oyuna daha yaxşı köklənməsini təmin etmək üçün bu addımı atıb.

Qeyd edək ki, hər iki yarımmüdafiəçinin millinin baş məşqçisi Berti Foqtsla problemi var.