“Çempionlar Liqasını qazanmaq istəyirik”
20.03.2012 - 12:14
“Çempionlar Liqasını qazanmaq istəyirik”
"Real"ın baş məşqçisi Joze Mourinyo iddialı açıqlamaları ilə diqqət çəkib. Apasport.az saytının xəbərinə görə, portuqaliyalı mütəxəssis uzun müddətdi qazana bilmədikləri Çempionlar Liqasının qalibi olmaq istədiklərini bildirib: "Çempionlar Liqasında APOEL səddini keçməklə ikinci dəfə yarımfinala vəsiqə qazanmaq istəyirik. Uzun müddətdi bu turnirdə ən yaxşılar sırasında deyildik. Mən bura gələndə isə "Real" 1/4 final səddini keçə bilmirdi. Ancaq mən bir daha "Real"ın gücünü nümayiş etdirmək istəyirəm. Bu mövsüm finala yüksəlmək və nəhayət, çempion olmağı hədəfləyirik. Ancaq hələlik yalnız APOEL-lə oyun haqda düşünürük".


Qeyd edək ki, "Real" martın 27-də Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində səfərdə APOEL-in qonağı olacaq.