“Qarabağ”ın futbolçusuna 3 oyunluq cəza
20.03.2012 - 16:50
“Qarabağ”ın futbolçusuna 3 oyunluq cəza
AFFA İntizam Komitəsi “Qarabağ”ın qış fasiləsində transfer etdiyi Eltun Yaqubluya üç oyunluq cəza kəsib. Apasport.az saytının məlumatına görə, buna gənc müdafiəçinin əvəzedici heyətlər arasında keçirilən “Qarabağ” – “Rəvan” matçında rəqibini təhqir etməsi səbəb olub.

Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu üç oyunluq cəzalanıb, klub min manat cərimə olunub.

Qeyd edək ki, Eltunun rəqibini söyməsinə “Rəvan” futbolçusu Sergey Çernışevin ona qarşı kobud oynaması səbəb olub. Çernışev bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb, AFFA İntizam Komitəsi tərəfindən iki oyunluq cəzalanıb, klub min manat cərimə olunur.