Dünyanın 582-ci komandası
21.03.2012 - 14:17
Dünyanın 582-ci komandası
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, XXI əsrin ilk 11 ilinin (2001-2011) yekunlarına əsasən tərtib olunan siyahıda 1000 klub yer alıb. Cədvələ İspaniyanın “Barselona” klubu başçılıq edir – 2917 xal. İngiltərə təmsilçiləri “Mançester Yunayted” klubu 2793 xalla 2-ci, “Arsenal” 2618 xalla 3-cüdür. Ümumiyyətlə siyahıda ilk 9 yeri Avropa təmsilçiləri tutur. 10-cu pillədə isə Argentina “Boka Xuniors”u qərarlaşıb.

Siyahıda Azərbaycanın 5 klubu da yer alıb ki, onlar arasında ən yaxşısı “Qarabağ”dır. Hazırda Premyer Liqanın ilk “altılığ”ında qərarlaşan bu 5 təmsilçimiz siyahının ikinci yarısında yer alıb.

582. “Qarabağ” – 436
611. “Neftçi” – 422
757. “Bakı” – 345,5
895. “Xəzər Lənkəran” – 301
918. “İnter” – 294


Millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi Yunanıstanın “Panionios” klubu 628,5 xalla 315, yığmanın sabiq hücumçusu Daniel Axtyamovun yeni transfer olunduğu Moldova “Tiraspol”u isə 377 xalla 713-cü yerdədir.